Azərbaycan – Rusiya oyununun hakimləri müəyyənləşib

Oktyabrın 15-də keçiriləcək DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycan - Rusiya oyununun hakimləri müəyyənləşib.
Trend-in Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, görüşü Milorad Majiçin rəhbərlik etdiyi serbiyalı hakimlər heyəti idarə edəcək. Ona Milovan Ristiç və Dalibor Djurçeviç kömək göstərəcək.

Ehtiyat hakim Boşko Yovanetiçdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31