Soçi Olimpiadasının məşəli yandırıldı

Mərasimdə 21 aktrisa kahinə qismində iştirak edib

2014-cü ilin Soçi Olimpiadasının məşəli ənənələrə uyğun olaraq, Olimp dağında Hera məbədinin günəş şüalarından yandırılıb. Rusiya mətbuatının  verdiyi xəbərə görə, mərasimdə 21 aktrisa kahinə qismində iştirak edib.Teatr tamaşasından sonra onlardan biri - Protieria, günəş şüalarını əks etdirən parabolik güzgünün köməyi ilə məşəli yandırıb. Təntənəli mərasim Olimpia məşəlinin estafetinin başlanğıcını qoydu.Oktyabrın 5-də məşəl "Soçi 2014" Təşkilat Komitəsinin nümayəndə heyətinə veriləcək və Moskvaya gətiriləcək. Oktyabrın 7-də isə məşəlin 123 günlük Rusiya mərhələsi başlayacaq və fevralın 7-də Soçiyə gətiriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31