Azərbaycan çempionatında nüfuz savaşı: "Neftçi" "Qarabağ"a qarşı

Azərbaycan Premyer Liqasında 8-ci tur davam edir. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutacaq.Son turlarda uğursuzluqla üzləşən "Bakı" "Sumqayıt"ı qəbul edəcək. Turun ən maraqla gözlənilən oyunu isə "Neftçi" ilə "Qarabağ" arasında keçiriləcək.

Premyer Liqa

8-ci tur
28 sentyabr (şənbə)

16:00. Bakı - Sumqayıt
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, İsgəndər Əliyev, Tahir Əhmədov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.

19:00. Neftçi - Qarabağ
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mübariz Haşımov, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Fariz Yusifov.
Bakı. "Bakcell Arena" stadionu.

8-ci turun digər oyunları: Xəzər Lənkəran - İnter - 0:1. 29 sentyabr (18:00. Simurq - Qəbələ, 19:00. Rəvan - AZAL).

1 Qəbələ            7  5 0 2 13 7 6   15
2 Qarabağ          7  4 2 1 11 4 7   14
3 Neftçi               7  4 2 1 10 5 5   14
4 AZAL               7  4 0 3 8 10 -2  12
5 Simurq            7   3 2 2 7 6   1   11
6 Bakı                7   3 1 3 15 7  8  10
7 XL                   8   2 3 3 6 8   -2   9
8 İnter                8   2 1 5 14 15 -1  7
9 Sumqayıt         7   1 2 4 5 12 -7   5
10 Rəvan            7   1 1 5 3 18 -15 4

Bombardirlər:
4 - Əfran İsmayılov (Bakı), Mindauqas Kalonas (Bakı).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31