Messi məhkəmə qarşısında
Ulduz futbolçunu polislər müşayiət edib
27 Sentyabr 2013 19:43 İdmanDörd dəfə ilin futbolçusu seçilən, tanınmış futbolçu Lionel Messi vergidən yayındığı üçün məhkəməyə çıxıb. Məhkəmə qarşısına toplaşanların bir qismi argentinalı ulduzu "oğru,qaçaq" adlandırıb, digər qüup isə ona sevgilərini bildiriblər. Polis qruplar arasında baş verə biləcək qarşıdurmaları nəzərə alara ulduz futbolçunun yanından ayrılmayıb.
Barselona hakimi Raquel Amado tərəfindən başlanan məhkəmədə Messi və atasının 2007, 2008 və 2009-cu illərdə gəlir vergisi bəyannamələrində 4 milyon avrodan çox qanunsuzluq etdiyi, bu pulu ödəmədiyi halda həbs edilə biləcəyi barədə xəbərdarlıq etmişdi. Ata Corge Messi oğlunun pul məsələləri ilə maraqlanmadığını deyərək bütün məsuliyyəti üzərinə götürüb. O, hadisələrin yanlış anlaşılmadan qaynaqlandığını deyib.
Sadəcə "Barcelona"dan ildə 16 milyon avro qazanana Messinin dünyanın müxtəlif ölkələrində milyonllarla dollarlıq sponsorluq razılaşmaları var.