Milinko Pantiç: "Mütləq qələbə qazanmalıyıq"
28 Sentyabr 2013 02:47 İdman"Artıq ardıcıl iki oyundu xal itiririk. Növbəti görüşdə mütləq qələbə qazanmalıyıq". Siasport.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"la oyunöncəsi "Bakı" klubunun baş məşqçi Milinko Pantiç deyib. O, komandasında problem olmadığını qeyd edib: "Komandada heç bir problem yoxdur. Premyer Liqadakı hər bir matç bizim üçün final oyunu kimi qəbul olunur. "Sumqayıt" rahat məğlub ediləsi komanda deyil. Gənc futbolçulardan qurulmuş rəqibə hörmətlə yanaşırıq. Ancaq qarşılaşmadan 3 xalla ayrılmaq əsas hədəfimizdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31