"Karyeramı "Barselona"da başa vuracam"

"Barselona"nın futbolçusu Andres İnyesta, futbolçu koryerasını katalon klubunda başa vurmağı planlaşdırır. Siasport.az saytı xəbər verir ki, son günlər həm İspaniya mətbuatında, həm də dünyanın bir sıra KİV-lərində ulduz futbolçunun "Barselona" ilə hazırkı müqaviləsinin müddətini uzatmaq istəməməsini, onun "Barselona"dan gedişi kimi qələmə verməyə başlayıblar. A.İnyesta isə, bütün bunları təkzib edərək "Barselona"dan heç yana getmək istəmədiyini elan edib: "Barselona" ilə aramda heç bir problem yoxdur. Klub qalmağımı istəyir. Mən də futbolçu karyeramı burada başa vurmaq niyyətindəyəm. Razılığa gəlməyə çalışırıq". A.İnyesta həmçinin bildirib ki, ilk təklifi rədd etməsinin səbəbi maddiyyatla bağlı deyil: "Bunun pulla və ya mənim klubda ən çox qazanan ikinci, üçüncü, dördüncü futbolçu olmağımla bir əlaqəsi yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31