"Mourinyoya bənzəmirəm"
27 Sentyabr 2013 12:40 İdman"Tottenhem"in baş məşqçisi Andre Villaş-Boaş "Çelsi"nin çalışdırıcısı Joze Mourinyoya bənzədilməsinə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, hər iki mütəxəssis ilk dəfə "Porto"da diqqətləri çəkib və ikisi də "Çelsi"ni çalışdırıb. "L'Equipe"ə danışan A.Villaş-Boaş portuqaliyalı mütəxəssisə bir oxşarlığı olmadığını deyib: "Bunu bir çox səbəblərdən dolayı qəbul etmək çətindir. Məşqçiliyi Mourinyonun sayəsində öyrənmişəm. Ancaq xarakter, çalışma forması, futbolçularla münasibətdə tamamilə fərqliyik və fərqli fəlsəfələrə sahibik".
Qeyd edək ki, İngiltərə Premyer Liqasında bu həftə "Tottenhem" "Çelsi"ni qəbul edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31