Azərbaycanı İslam Oyunlarında 8 taekvondoçu təmsil edəcək

Taekvondo üzrə milli komanda İndoneziyaya yola düşür.
 Azərbaycan Taekvondo Federasiyası (ATF)  məlumat verir ki, Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi Oyunlarında ölkəmizi 8 taekvondoçu təmsil edəcək.
23 ölkədən 268 taekvondoçunun qatılacağı yarışa 28 sentyabrda start veriləcək. Milli komandanın baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev və böyük məşqçi Elnur Amanov aşağıdakı idmançıları heyətə cəlb edib:
1. Mikayıl Əliyev (-54 kq)
2. Maqomedyassin İbrahimov (-58 kq)
3. Fariz Əliyev (-68 kq)
4. Elvin Məmmədov (-74 kq)
5. Radik İsayev (-87kq)
6. Türkanə Tahirli (-46 kq)
7. Patimat Abakarova (-49 kq)
8. Günay Ağakişiyeva (-57kq)
Bu yarışda ölkəmizi hakim qismində ATF-in baş hakimi, beynəlxalq dərəcəli hakim Elşən Quliyev və Elşad Məmmədov təmsil edəcəklər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31