Ançelotti: "Belə oyunla "Atletiko"ya qalib gələ bilməyəcəyik"

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti La Liqanın 6-cı turunda "Elçe" ilə oyundan (2:1) sonra açıqlamalar verib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, son saniyələrdə Ronaldonun qolu ilə qalib gələn komandasının oyunundan narazı qalıb:

"Başqa bir oyun nümayiş etdirməliyik. Matçın son hissələrində xüsusilə çətinlik çəkdik. Əgər bu matçda ortaya qoyduğumuz oyunu davam etdirsək, "Altetiko" (Madrid) ilə matçı qazana bilməyəcəyik. Daha yaxşı oynamalıyıq".

Mübahisəli penalti epizoduna da münasibət bildirən Ançelotti bu barədə fikir bildirməkdə çətinlik çəkib: "Kənardan epizoda baxaraq fikir yürütmək çətindir. Ancaq Pepe ilə danışdım. O, mənə penaltinin düzgün verildiyini dedi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31