"Qalatasaray" rəhbərliyi Fatih Terimə veto qoydu!

"Qalatasaray" rəhbərliyi, klubun rəsmi televiziyası olan "GSTV"-yə keçmiş baş məşqçi Fatih Terimlə bağlı veto qoydu. Siasport.az saytı xəbər verir ki, klub rəhbərliyi bundan sonra komandanın rəsmi televiziya kanalında "imperator"la bağlı hər hansı bir klipin, şərh və xəbərin yayımlanmasını qadağan edib. Məlumata əsasən, F.Terimin baş məşqçi olduğu dönəmlərdə qeydə alınan fraqmentlər, həttda UEFA Kubokunun qazanıldığı tarixi əks etdirən video yayımlar da "dondurulub". Klub rəhbərliyi, əmrə qarşı edilən xırdaca sayğısızlığa görə televiziya rəhbərliyinə qarşı ciddi cəzaların tətbiq olunacağını elan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31