Droqba "Qalatasaray"ın sükanı arxasına keçdi!

Fatih Terimin "Qalatasaray"dan getməsindən sonra, bütün diqqətlər artıq "cim bom"un ulduz və təcrübəli forvardı olan Didye Droqbaya yönəlib.Siasport.az saytı xəbər verir ki, "Qalatasaray" rəhbərliyi şənbə günü "Türk Telekom Arena"da "Çaykur Rizespor"la keçiriləcək qarşılaşmada komandanın rəhbərlik funksiyası D.Droqbaya həvalə edilib. Türkiyənin nüfuzlu "Miliyyət" qəzeti yazır ki, Fildişi sahilli hücumçunun Türkiyə superliqasında "Çaykur Rizespor" və Çempionlar Liqasında "Yuventus"la matçlarda həm məşqçi, həm də futbolçu olaraq meydana çıxacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31