Ronaldu son dəqiqədə "Kral"ı rüsvayçılıqdan qurtardı VIDEO

Futbol üzrə İspaniya çempionatında VI turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə üç görüş baş tutub.

"Sevilya" doğma arenada autsayder təmsilçisi "Rayo Valyekano"nu qəbul edib. Matça sürətli başlayan ev sahibi komanda rəqibini 4:1 hesabı ilə darmadağın edib.

Günün son qarşılaşmasında isə "Real" səfərdə "Elçe" ilə üz-üzə gəlib. 90 dəqiqəni 1:0 hesabı ilə öndə başa vuran Madrid klubu artırma dəqiqələrində qapısında gördüyü qolla məyus olub. 90+3 də qazanılan penaltini Ronaldo dəqiq yerinə yetirərək komandasına qələbə sevinci yaşadıb.

Qeyd edək ki, VI tur bu gün keçiriləcək 3 qarşılaşma ilə yekunlaşacaq.

İspaniya La Liqası
VI tur

24 sentyabr
"Barselona" - "Real Sosyedad" - 4:1
Qollar: Neymar, 5, Messi, 8, Buskets, 23, Bartra, 77 - Bella, 64

"Levante" - "Valyadolid" - 1:1
Qollar: Baba, 36 - Querra, 42

"Malaqa" - "Almeyra" - 2:0
Qollar: Tissone, 69, Soler, 90

"Atletiko" - "Osasuna" - 2:1
Qollar: Kosta, 18, 25 - Riera, 42

25 sentyabr

"Qranada" - "Valensiya" - 0:1
Qollar: Conas, 90+4

"Sevilya" - "Rayo Valyekano" - 4:1
Qollar: Rakitiç, 17 (pen.), 53, Bakka, 80, 88 - Qonzales, 55

"Elçe" - Real" - 1:2
Qollar: Boakye, 90+2 - Ronaldo, 51, 90+5


26 sentyabr

"Atletik" - "Betis"
"Xetafe" - "Selta"
"Vilyareal" - "Espanyol"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31