Futbol matçında dəhşət! Ev sahibi rəqibi yandırmaq istədi VIDEO
26 Sentyabr 2013 12:32 İdmanBosniya və Herseqovina çempionatı çərçivəsində ötən gün keçirilən "Sarayevo" - "Borats" (0:0) qarşılaşmasında xoşagəlməz hadisə baş verib. Apasport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Sarayevo" azarkeşləri oyun davam edərkən rəqib azarkeşlərə qarşı təhqiredici şüarlar səsləndirərək onları yandırmaq istəyiblər.
Get-gedə daha da coşan fanatlar oyunun 70-ci dəqiqəsində meydana daxil olaraq "Borats"lı futbolsevərlərin əyləşdiyi tribunaya doğru qaçmağa başlayıblar. Onlar əllərindəki yanan məşəlləri rəqib azarkeşlərin üzərinə ataraq onları yandırmaq istəyiblər.
Dərhal hadisəyə müdaxilə edən polis hadisənin qarşısını alıb. Azarkeşlərin sakitləşməməsi və özləri əyləşdiyi tribunalarda yanğın törətmələri səbəbindən oyun təxirə salınaraq stadion boşaldılıb.