PFL prezidentindən ŞOK ZARAFAT: “1 milyon ver, kuboku apar”
26 Sentyabr 2013 11:47 İdmanAzərbaycanın futbol üzrə çempionluq kuboku üçün Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevə pul təklif olunub. Bu barədə Musayevin özü jurnalistlərə açıqlama verib."Klub rəhbərləri gəlir deyir ki, bu kuboka nə qədər verək. Deyirəm ki, 1 milyon ver. Bu klub rəhbərindən nə gözləyəsən?" deyə PFL prezidenti bildirib.O, hakimliklə bağlı narazılıqlara da toxunub. Musayevin sözlərinə görə, səhvə yol verən hakim cəzalandırılır: "Klublardan şikayət gəlsə də, gəlməsə də, görüntülərin hər biri izlənir. Hakim səhvi varsa, cəzalanır. Bizdə adət-ənənəyə çevrilib: Uduzan komanda bütün günahı hakimlikdə görür. Son saniyələrdə məğlubiyyətdən xilas olan komanda da "Hakim bizim 3 xalımızı aldı" deyir. Elə hakim yoxdur ki, səhvinə görə cəzalanmasın. Çalışırıq ki, qərəz olmasın. "Hamı deyir ki, alıb-satdılar. Kimi alıb-satdıqları məlum deyil. Hazırda Premyer Liqanı idarə edə biləcək 8 referi var. Onların hamısına derbi həvalə etmək olmaz. Əcnəbi hakimi o zaman dəvət edərik ki, yerli baş hakimlərin yarısı cəzalandırılsın. Hakimləri hamı tənqid edir. Amma klub rəhbərlərini də tənqid etmək lazımdır".Lent.az