Avqustun ən yaxşı futbolçusu müəyyənləşdi
26 Sentyabr 2013 02:15 İdmanFutbol üzrə Topaz premyer liqasında avqustun ən yaxşı oyunçusu və qolunun müəllifləri mükafatlandırılıb. Qol.Az-ın məlumatına görə, "Bakı" klubunun hücumçusu Cavid Hüseynov ötən ayın ən yaxşı futbolçusu sayılıb. Ona Topaz tərəfindən 1500 manat pul mükafatı verilib. "Ayın qolu" nominasiyası mükafatı isə AZAL klubunun hücumçusu Con Oluremi layiq görülüb. Ona 1000 manat pul mükafatı verilib.
Qeyd edək ki, ayın futbolçusunu 50-dən artıq idman jurnalistləri, ayın qolunu isə pfl.az saytında səs vermə yolu ilə azarkeşlər müəyyən ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31