“Qalatasaray” Mançini ilə danışıqlara başladı
25 Sentyabr 2013 12:48 İdmanTürkiyənin "Qalatasaray" klubu italiyalı mütəxəssis Roberto Mançini ilə danışıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Fatih Terimin istefasından sonra boş qalan baş məşqçi postuna 49 yaşlı çalışdırıcını gətirmək istəyir.
"Cim-Bom" Çempionlar Liqasının qrup mərhələsinin II turuna qədər çalışdırıcı məsələsini həll etmək niyyətindədir. Oktyabrın 2-də "Yuventus"la İtaliyada baş tutacaq səfər oyununda "Qalatasaray"a kimin rəhbərlik edəcəyi Mançini ilə danışıqlardan asılı olaraq yaxın günlərdə dəqiqləşməlidir.
Qeyd edək ki, Mançininin son iş yeri 2010-13-cü illərdə çalışdığı İngiltərə "Mançester Siti"si olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31