“Barselona”dan darmadağın, “Atletiko” Kosta ilə sevindi
25 Sentyabr 2013 12:47 İdmanFutbol üzrə İspaniya çempionatında VI tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə dörd görüş baş tutub.
Həftənin ilk oyunu "Nou Kamp"da keçirilib. Lider "Barselona" doğma arenada "Real Sosyedad"ı qəbul edib. Kataloniya klubu rəqibini 461 hesabı ilə darmadağın edib.
Günün digər maraqlı görüşündə isə "Land of fire Azerbaijan" formalı "Atletiko" evdə "Osasuna"nı sınağa çəkib. Madridlilər Kostanın 2 qolu ilə meydandan 3 xalla ayrılıb.
Qeyd edək ki, VI tur bu gün keçiriləcək 3 qarşılaşma ilə davam edəcək.
İspaniya La Liqası
VI tur
24sentyabr
"Barselona" - "Real Sosyedad" - 4:1
Qollar: Neymar, 5, Messi, 8, Busqets, 23, Bartra, 77 - Bella, 64
"Levante" - "Valyadolid" - 1:1
Qollar: Baba, 36 - Querra, 42
"Malaqa" - "Almeyra" - 2:0
Qollar: Tissone, 69, Soler, 90
"Atletiko" - "Osasuna" - 2:1
Qollar: Kosta, 18, 25 - Riera, 42
25 sentyabr
"Qranada" - "Valensiya"
"Sevilya" - "Rayo Valyekano"
"Elçe" - Real"
26sentyabr
"Atletik" - "Betis"
"Xetafe" - "Selta"
"Vilyareal" - "Espanyol"