Boksçumuz Avropa çempionatın yarımfinalında

Bolqarıstanın Albena şəhərində boks üzrə gənc və yeniyetmə qızlar arasında Avropa birinciliyi keçirilir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan milli komandasının üzvlərindən Anaxanım Ağayeva (51 kq) gənclərin, Məryəm Cəbrayılova (64 kq) və Alina Hacıyeva (+80 kq) isə yeniyetmələrin turnirində mübarizə aparırlar.İlk olaraq boksçularımızdan Ağayeva rinqə çıxıb. Ancaq onun Avropa birinciliyindəki debütü uğursuz alınıb. Boksçumuz ingiltərəli Luiza Barkerə uduzub - 0:3 (37:39, 35:40, 37:39).Hacıyeva ilk döyüşünü qələbə ilə başa vurub. Millimizin üzvü Bolqarıstan nümayəndəsi Nikoleta Yordanovanı məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Bununla da boksçumuz ən azı bürünc medalı özünə təmin edib.Məryəm Cəbrayılova isə ilk döyüşdə qazaxıstanlı Mədinə Nurşayeva ilə qarşılaşacaq.Qeyd edək ki, Avropa birinciliyinə sentyabrın 28-də yekun vurulacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31