“Bu tək mənim deyil, bütün Azərbaycanın qələbəsidir”

İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi Oyunlarında daha bir Azərbaycan karateçisi qızıl medal qazandı. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, beşqat dünya çempionu, 28 yaşlı Rəfayel Ağayev mükafatlandırma mərasimindən sonra bildirib ki, bu yarışda hər kəs onu favorit kimi görürdü və buna görə də səhvə yol verib məğlub ola bilməzdi: "Bu tək mənim qələbəm deyil, bütün Azərbaycanın qələbəsidir.  Mənə dəstək olan hər kəsə minnətdaram. Səkkiz il bundan öncə, Birinci İslam Oyunlarının ən gənc iştirakçısı idim və 3-cü yeri tutmuşdum. İndi isə oyunların ən yaşlı karateçisi oldum və Allaha şükürlər olsun ki, Vətənə qızıl medala qayıdacağam. Nə qədər ki, gücüm var, çalışacağam Azərbaycanımın bayrağını daim bax belə yüksələrə qaldırım. Hazırda ən böyük arzum 2015-ci ildə Bakıda keçiriləcək Birinc Avropa Oyunlarınn qaibi olum. Öz vətənimdə xalqımı sevindirmək istəyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31