"Real"ın prezidenti: "Beylin transferi bizə ucuz başa gəldi"

"Real"ın (Madrid) prezidenti Florentina Perez Qaret Beylin transferi haqqında maraqlı açıqlamalar verib.  Qol.Az-ın məlumatına görə, klub prezidenti "Cadena Ser" radiosuna müsahibəsində əslində uelsi yarımmüdafiəçinin transferinin onlara ucuz başa gəldiyini deyib: "Beyl üçün verilən pul əslində klub üçün o qədər də böyük məbləğ deyil. Hətta bu transfer bizə ucuz başa gəldi. Çünki bizim transfer siyasətimiz çox yaxşıdır. Beylin isə burada uğurlu çıxış edəcəyinə əminəm".

Qeyd edək ki, Madrid klubu 24 yaşlı oyunçunu heyətinə qatmaq üçün "Tottenhem"ə 91 milyon avro ödəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31