"Yuventus" "Real"ın futbolçusunu istəyir
24 Sentyabr 2013 20:35 İdmanİtaliyanın "Yuventus" klubu qışda transfer etmək istədiyi ilk futbolçunun adını açıqlayıb. Qol.Az-ın məlumatına görə, Turin təmsilçisi ilk olaraq "Real" (Madrid) klubunun yarımmüdafiəçisi Xabi Alonsoya "elçi" düşüb. Son İtaliya çempionu qışda Madrid klubuna rəsmi təklif göndərəcəyini bildirib. Üstəlik "Yuventus" rəhbərliyi ispaniyalı futbolçu üçün 6 milyon avrosundan keçməyə hazırdır. Lakin "Real"ın Alonsonu buraxıb-buraxmayacağı hələlik məlum deyil.
Qeyd edək ki, Alonso 2009-cu ildən "Real"ın şərəfini qoruyur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31