La Liqada Neymarı sevmirlər...
24 Sentyabr 2013 20:05 İdman"Barselona"ya transfer olunandan sonra bütün diqqətləri üzərinə çəkən braziliyalı Neymar, hələlik katalon klubundakı rəsmi matçlarda qol vura bilməsə də, bir başqa statisiktada da komanda yoldaşlarını geridə qoyub. Siasport.az saytı xəbər verir ki, braziliyalı hücumçuya qarşı indiyə kimi 23 dəfə kobudluq edilib. Bu isə Neymarı Kataloniya klubunda ən çox kobudluğa məruz qalan futbolçu edib. Qeyd edək ki, Messiyə qarşı isə bu mövsüm 7 dəfə kobud oynanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31