Ötən ayın ən gözəl qolunun müəllifi mükafatlandırılacaq VIDEO
24 Sentyabr 2013 14:22 İdmanTopaz Premyer Liqasında avqust ayında vurulmuş ən gözəl qolun müəllifi məlumdur. Siasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının rəsmi saytında keçirilmiş sorğunun nəticələrinə əsasən AZAL klubunun amerikalı yarımmüdafiəçisi Con Olureminin IV turda "Sumqayıt"ın qapısına vurduğu qol avqust ayının ən gözəl qolu seçilib.
1. Con Oluremi (AZAL) (771 səs, 35%)
2. Cavid Hüseynov (Bakı) (579 səs, 26%)
3. Reynaldo Silva (Qarabağ) (482 səs, 22%)
4. Bahodır Nasimov (Neftçi) (278 səs, 13%)
5. Vaqif Cavadov (İnter) (100 səs, 5%)
Qalibin mükafatlandırılması mərasimi 25 sentyabrda "Fairmont Baku" mehmanxanasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31