Droqbanın qolları qeydə alınacaqmı?

"Qalatasaray"ın futbolçusu Didye Droqbanın Türkiyə superliqasının 5-ci turunda "Beşiktaş"la oyunda (2:1) vurduğu qollar qeydə alınmayacaq. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, derbi matçında xoşagəlməz hadisələr baş vermədən öncə "Beştiktaş"da Almeyda bir, "Cim-bom"dan isə Droqba iki dəfə fərqlənmişdi. Ancaq azarkeşlərin stadiona daxil olması ilə qarşılaşma yarımçıq qalıb. Türkiyə superliqasının nizamnaməsinə əsasən, belə hallarda meydan sahibi komandaya (indi halda "Beşiktaş"a) texniki məğlubiyyət (0:3) verilir, qalib elan olunan komandanın qolları qeydə alınmır.
Qalib komanda qolları yalnız 3-dən çox fərqlənəcəyi halda qeydə alınır, məğlub olan klubun qolları isə qeydə alınmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31