Qaret Beyl "Atletiko"ya qarşı oynayacaqmı?

"Real" (Madrid) klubunun yeni transferi Qaret Beyl bazar günü La Liqada "Atletiko" (Madrid) matçında forma geyə biləcək. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Kral klubu"nun baş məşqçisi Karlo Ançelotti məlumat verib. İtaliyalı mütəxəssis bildirib ki, uelsli yarımmüdafiəçi derbi matçına qədər tam hazır olacaq: "Beyl isinmə hərəkətləri edərkən problem yaşadı. Amma ciddi bir zədə deyil. Sadəcə, özünü yaxşı hiss etmədi. Bu səbəbdən çərşənbə günü oynanılacaq "Elçe" matçına yetişməyə bilər. Ancaq "Atletiko" ilə matçda tam hazır olacaq".

Qeyd edək ki, "Real" - "Atletiko" oyunu sentyabrın 28-də Madriddə keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31