Türkiyədə böyük rəzalət: "Beşiktaş"-"Qalatasaray" oyununu savaş dayandırdı VIDEO
23 Sentyabr 2013 10:39 İdmanFutbol üzrə Türkiyə Super Liqasında V turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, üçüncü oyun günündə 2 görüş baş tutub.
Günün mərkəzi qarşılaşmasında "Beşiktaş" doşma azarkeşləri önündə "Qalatasaray"ı qəbul edib. İstanbul derbisinə sürətli başlayan ev sahibi komanda erkən qolla sevinsə də, hesabı qoruya bilməyib. İkinci yarıya daha inamlı başlayan "sarı-qırmızılılar" Droqbanın 2 qolu ilə önə keçiblər. Ancaq oyunun 90+3-cü dəqiqəsində azarkeşlər meydana daxil olduqlarına görə, hakim oyunu dayandıraraq təxirə salıb.
Digər qarşılaşmada isə "Bursaspor" səfərdə "Rizespor"un qonağı olub. Ev sahibi komanda meydandan 2:1 hesablı qalibiyyətlə ayrılıb.
Qeyd edək ki, V tura bu gün keçiriləcək "Kayserispor" - "Trabzonspor" qarşılaşması ilə yekun vurulacaq.
Türkiyə Superliqası
V tur
20 sentyabr
"Karabükspor" - "Ərciyəsspor" - 0:0
"Akhisar BS" - "Qaziantepspor" - 2:0
Qollar: B. O. Niasse, 34, Kənan Özer , 90
21 sentyabr
"Konyaspor" - "Gənclərbirliyi" - 1:0
Qol: Kılıçarslan, 45
"Sivasspor" - "Kasımpaşa" - 1:2
Qollar: Kosta, 45 - Skarione, 19, Viudez
"Fənərbağça" - "Elazığspor" - 4:0
Qollar: Sou, 10, 80, 90, Kuyt, 21
"Əskişəhərspor" - "Antalyaspor" - 2:1
Qollar: Xorqera, 10, Kara, 85 - Diarra, 59
22 sentyabr
"Rizespor" - "Bursaspor" - 2:1
Qollar: S. Kaya, 9, F. Sernat, 17 - Batalla, 45
"Beşiktaş" - "Qalatasaray" - 1:2
Qollar: Almeyda, 18 - Droqba, 60, 72
23 sentyabr
"Kayserispor" - "Trabzonspor"