Darmadağın: "Mançester Yunayted" rüsvay oldu - FOTO
23 Sentyabr 2013 00:28 İdmanİngiltərə premyer-liqasında bu gün "Mançester Siti" klubu öz meydanında qəbul etdiyi əzəli rəqibi "Mançester Yunayted"i qəbul edib.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "şəhərlilər" 6-cı turun matçında "qırmızı şeytanlar"ı 4:1 hesabla darmadağın ediblər.Oyunda hesabı qarşılaşmanın 16-cı dəqiqəsində "Mançester Siti"nin forvardı Serhio Aguero açıb. İspan oyunçu ikinci hissədə, 47-ci dəqiqədə də qol vurub.Yaya Ture 45-ci, Samir Nəsri isə 50-ci dəqiqədə "Mançester Yunayted"i pərişan edib."Qırmızı şeytanlar"ın yeganə qoluun matçın 87-ci dəqiqəsində forvard Ueyn Runi vurub.Dünən oynana matçlarda Uelsin "Suonsi" klubu Londonun "Kristel Pelas"ıın 2:0 məğlub edib, "Stok Siti" 1:3 hesabla "Arsenal"a uduzub, "Tottenhem" isə "Kardiff"i 1:0 üstələyib.Bazar günü matçlarının nəticələrinə görə turnir cədvəlinə 12 xalla "Tottenhem" və "Arsenal" liderlik edirlər. "Çelsi", "Mançester Siti" və "Liverpul" onlardan 2 xal geridədir."Mançester Yunayted" isə 7 xalla 8-ci yerdədir.