AZAL – “Xəzər Lənkəran” oyununda xoşagəlməz hadisə qeydə alınıb
23 Sentyabr 2013 00:25 İdmanAzərbaycanPremyer liqasının VII turunun AZAL - "Xəzər Lənkəran" oyununda xoşagəlməz hadisə qeydə alınıb. Apasport bildirir ki, qalmaqal "Xəzər Lənkəran"ın 3-cü qolundan sonra yaşanıb. Junior Nildonun sabiq komandasını 2-ci dfə məyus etməklə hesabı 3:1-ə çatdırması "təyyarəçilər"in baş məşqçisi Vaqif Sadıqovu özündən çıxarıb.Hakimlikdən narazı olan təcrübəli mütəxəssis ona tərəf gələn topu güclü zərbə ilə meydana göndərib. Baş məşqçinin belə jesti baş hakim Vüsal Əliyevin diqqətindən yayınmayıb. Texniki zonaya tərəf gələn referi çalışdırıcıya şifahi xəbərdarlıq etmək niyyətinə düşüb.Lakin onun tribunalara yaxın mövqeyə gəlməsi fanatların ona plastik əşya atması ilə nəticələnib. Lakin "mərmi" hədəfdən yan keçib. Bundan sonra stadiondakı asayiş keşikçiləri ilə tamaşaçılar arasında insident yaranıb. Nəticədə 2 azarkeş saxlanılaraq polis bölməsinə aparılıb. AZAL-ın fan-klubunun üzvlərinin buraxılması üçün klub rəhbərliyi də polislə danışıqlara start verib.