Mourinyo ilə Roman Abramoviç “Çelsi”nin futbolşuları ilə görüşdü

"Çelsi"li futbolçular məşqçi heyətini oyunlarını köklü sürətdə dəyişdirəcəyinə söz veriblər

"Bazel"ə məğlubiyyət "Çelsi" rəhbərliyini hərəkətə keçirib. ANS PRESS-in xarici mediayaya istinadən məlumatına görə, "Çelsi"nin baş məşqçisi Joze Mourinyo və klubun prezidenti Roman Abramoviç futbolçularla görüşüb və görüşdə komandanın Çempionlar Liqasına məğlubiyyətlə başlamaq məsələsi müzakirə edilib.

Portuqaliyalı mütəxəssis "Çelsi"nin qalib gəlməli olduğu oyunda uiduzduğunu futbolçularla müzakirə etdiyini bildirməklə bərabər, uğursuz nəticələrin davam edəcəyi təqdirdə bir- neçə oyunçu ilə yolların ayrılacağını qeyd edib. "Çelsi"li futbolçular məşqçi heyətini oyunlarını köklü sürətdə dəyişdirəcəyinə söz veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31