Azərbaycan çempionatı: "Qəbələ" bu gün lider ola bilər

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura start verilir. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq.

"Qəbələ" doğma divarlar arasında "Rəvan"ı qəbul edəcək. Yuri Syominin komandası qələbə qazanacağı halda müvəqqəti də olsa, liderliyə yüksələ bilər.

Azərbaycan Premyer Liqası
7-ci tur
20 sentyabr (cümə)

17:00. Qəbələ - Rəvan
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Tahir Əhmədov.
Qəbələ şəhər stadionu.

21 sentyabr (17:00. İnter - Bakı, 19:00. Neftçi - Sumqayıt, 19:30. Qarabağ - Simurq), 22 sentyabr (19:00. AZAL - Xəzər Lənkəran).

Turnir cədvəli:

1 Qarabağ 6 4 1 1 11 4 +7 13
2 Neftçi 6 4 1 1 10 5 +5 13
3 Qəbələ 6 4 0 2 10 7 +3 12
4 AZAL 6 4 0 2 7 7 0 12
5 Simurq 6 3 1 2 7 6 +1 10
6 Bakı 6 3 0 3 13 5 +8 9
7 XL 6 1 3 2 3 6 -3 6
8 Sumqayıt 6 1 1 4 5 12 -7 4
9 Rəvan 6 1 1 4 3 15 -12 4
10 İnter 6 1 0 5 11 13 -2 3

Bombardirlər:
4 - Mindauqas Kalonas (Bakı).
3 - Cavid Hüseynov (Bakı), Vaqif Cavadov (İnter), Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Viktor İqbekoyi (AZAL), Baçana Sxadadze (İnter), Viktor Mendi (Qəbələ), Con Oluremi (AZAL), Stepan Polyak (Simurq).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31