Leonardo Benuççi: “Qalatasaray” çox təhlükəli rəqibdir

"Yuventus"un futbolçusu Leonardo Benuççi Çempionlar Liqasının B qrupundakı növbəti rəqibləri "Qalatasaray" haqqında danışıb. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatına açıqlama verən 26 yaşlı müdafiəçi İstanbul klubu ilə matçda qalib gəlib "Real"la oyuna inamlı çıxmaq istədiklərini deyib.
Benuççi qrupdan çıxmaq şanslarının azalmadığını bildirib: "İlk oyunda "Kopenhagen"lə (1:1) bərabərə qaldığımız üçün şansımız azalmayıb. Ötən mövsüm də "Nordşelland"la heç-heçə etmişdik, amma sonda qrupdan çıxdıq. Hesab edirəm ki, "Qalatasaray"ı məğlub edərək Madridə müsbət abı-hava ilə getmək istəyirik".
"Real"ın "Qalatasaray"ı 6:1 hesabı ilə məğlub etdiyi oyunu da dəyərləndirən italiyalı futbolçu fikrini belə izah edib: "Mənə görə, sürpriz nəticə oldu. "Türk Telekom Arena" stadionunda mübarizə aparmaq qonaq komanda üçün heç də asan deyil. Hə də, "Qalatasaray" çox təhlükəli rəqibdir. Onlara qarşı oyunda əlimizdən gələnin ən yaxşısını etmək məcburiyyətindəyik".

Qeyd edək ki, "Yuventus" - "Qalatasaray" qarşılaşması oktyabrın 2-də İtaliyada keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31