“Karyeramın Azərbaycanda keçirilən hissəsindən çox razıyam”

"Həmişə özümü ölkə xaricində göstərmək istəmişəm. Bu üzdən də məni Rumıniyada daha yaxşı tanıyırlar, nəinki Serbiyada". Apasport.az saytının məlumatına görə, bu sözləri "Rəvan"ın sabiq futbolçusu Nemanya Vidakoviç deyib.

Hazırda vətəni Serbiyada "Novı Pazar" klubunda çıxış edən 28 yaşlı hücumçu müsahibə verib. Vidakoviç karyerasını böyük hissəsini xaricdə çıxış etməsindən danışıb. Hücumçu ötən mövsüm çıxış etdiyi Azərbaycanda oynamasından məmnunluğunu da gizlətməyib: "Karyeramın böyük hissəsi Rumıniyada keçib. Amma başqa ölkələrdə də çıxış etmişəm. Azərbaycan, Slovakiya, Bosniya və Herseqovina klublarının formasını geymişəm. Karyeramın bu ölkələrdə keçirilən hissəsindən çox razıyam".

Qeyd edək ki, Nemanya 2012/13 mövsümündə Topaz Premyer Liqasında 12 oyuna 2 qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31