Nuri Şahin: İlk yarıdakı oyun qorxulu kinoya bənzəyirdi
19 Sentyabr 2013 20:22 İdman"Borusiyya"nın türkiyəli futbolçusu Nuri Şahin Çempionlar Liqasının qrup mərhələsindəki "Napoli" (2:1) məğlubiyyətini dəyərləntirib. Apasport.az saytının məlumatına görə, matçdan sonra Almaniya mətbuatına açıqlama verən təcrübəli yarımmüdafiəçi azlıqda qalmalarının oyunlarına mənfi təsir etdiyini deyib.
Şahin qarşılaşmanı qorxulu kinaoya bənzədib: "İlk yarıdakı oyun qorxulu kinoya bənzəyirdi. Əleyhimizə səhv qərarlar verilincə başımıza çox şey gəldi. "Napoli" topla yaxşı oynadı və dəqiq paslar verdi. Bu oyunda məğlubiyyəti haqq etdik. Bir nəfər əskik Çempionlar Liqasın matçında qalib gəlmək çox çətindir".
Qeyd edək ki, "Borussiya"nın qapıçısı Roman Veydenfeller "Napoli" ilə oyunun 45-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılıb.