Azərbaycanı İslam Oyunlarında 9 atlet təmsil edəcək

Sentyabrın 22-dən oktyabrın 1-dək İndoneziyada keçiriləcək İslam Oyunlarında Azərbaycanın ağır atletləri də çıxış edəcəklər.Trend Azərbaycan Ağır Atletika Federasiyasına istinadən milli komandamızın heyətini təqdim edir:Kişilər: Zülfüqar Süleymanov (62 kq çəki dərəcəsi), Sərdar Həsənov (69 kq), Əfqan Bayramov (77 kq), Namiq Cəmilov (85 kq), Rövşən Fətullayev və İntiqam Zairov (hər ikisi 94 kq).
Qadınlar: Silviya Angelova (48 kq), Gülçin Əlizadə (53 kq), Ləman Əhmədova (58 kq).
Ağır atletlərimiz məşqçilərdən Xannar Nəbiyev və Slaveyka Rujinskayanın rəhbərliyi altında çıxış edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31