Londonda sensasiya, hollandların darmadağını,…
19 Sentyabr 2013 08:58 İdmanBu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunları keçirildi. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə E, F, G və H qruplarında olan komandalar mübarizə aparırdılar.Günün ən maraqlı qarşılaşmalarından biri "Kamp Nou"da keçirildi. "Barselona" doğma azarkeşləri önündə Hollandiya təmsilçisi "Ayaks"ı darmadağın etdi.Lionel Messi het-trik edərək Madrid "Real"ının forvardı Kriştianu Ronaldunun dünənki uğurunu təkrarladı. H qrupunun açıq-aşkar favoriti olan Kataloniya klubu ÇL-dəki ilk sınağına qalibiyyətlə başladı."Bakı" klubunu rəsmi tərəfdaşı olan İspaniya təmsilçisi "Atletiko" doğma arenada "Zenit"i qəbul etdi. "Land of fire Azerbaijan" formalı madridlilər ruslarla ilk oyunda meydandan 3 xalla ayrıldılar. Arda Turan 1 qol və 1 qollu ötürmə ilə fərqləndi.Günün digər qarşılaşmalarında isə "Çelsi" öz meydanında "Bazel"i, "Şalke" "Styaua"nı, "Marsel" "Arsenal"ı, "Austriya" "Porto"nu, "Napoli" "Borussiya"nı, "Milan" "Seltik"i qəbul etdi.Milli.Az bildirir ki, Londonda keçirilən oyunda günün sensasiyası baş tutdu. Belə ki, Joze Mourinyonun favorit sayılan komandası gözlənilmədən uduzdu.Dortmund "Borussiya"sının isə bəxti heç gətirmədi. Əvvəlcə klubun baş məşqçisi Yurgen Klopp, sonra isə qapıçısı Roman Veydenfeller qırmızı vərəqə alaraq, biri texniki zonanı, digəri meydanı tərk elədi.
Çempionlar Liqası
Qrup mərhələsi
I tur
18 sentyabr
E qrupu
"Şalke" (Almaniya) - "Styaua" (Rumıniya)- 3:0
QOL: Uçida, 67, Boatenq, 78, Draksler, 85
"Çelsi" (İngiltərə) - "Bazel" (İsveçrə)- 1:2
QOL: Oskar, 45 - M. Salah, 71, Streller, 81
F qrupu
"Napoli" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)- 2:1
QOL: İquain, 29, İnsinye, 68 - Zuniqa, 87 (avtoqol)
Qırmızı vərəqə: Roman Veydenfeller, 45 ("Borussiya")
"Marsel" (Fransa) - "Arsenal" (İngiltərə)- 1:2
QOL: Ayev, 90 (pen.) Valkott, 65, Remzi, 84
G qrupu
"Atletiko" (İspaniya) - "Zenit" (Rusiya)- 3:1
QOL: Miranda, 40, Arda Turan, 64, Baptistao, 80 - Hulk, 58
"Austriya" (Avstriya) - "Porto" (Portuqaliya)- 0:1
QOL: Qonzales, 55
H qrupu
"Milan" (İtaliya) - "Seltik" (Şotlandiya)- 2:0
QOL: Zapata, 82, Muntari, 86
"Barselona" (İspaniya) - "Ayaks" (Hollandiya)- 4:0
QOL: Messi, 22, 55, 75, Pike, 69