18 ölkədən 224 şahmatçı Bakıda

Sentyabrın 19-da Beynəlxalq "Baku Open 2013" şahmat festivalı start götürəcək. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, festival Azərbaycanın müstəqillik gününə həsr olunub. 
Festival 2 kateqoriya üzrə - güclülər və əmsalı 2250-dən aşağı olan şahmatçılar arasında baş tutacaq. 18 ölkədən 224 şahmatçının, o cümlədən, 33 beynəlxalq qrossmeyster, 28 beynəlxalq usta və 9 FİDE ustasının qatılacağı turnirin ümumi mükafat fondu 50000 dollardır.

Qeyd edək ki, sentyabrın 27-dək davam edəcək görüşlər İsveçrə sistemi üzrə keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31