“Atletiko” “Zenit”lə, “Barselona” “Ayaks”la üz-üzə -

Bun gün UEFA Çempionlar Liqasınını qrup mərhələsinin növbəti oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə E, F, G və H qruplarında olan komandalar mübarizəyə başlayacaqlar.

Günün ən maraqlı qarşılaşmalarından biri də "Nou Kamp"da keçiriləcək. Messili, Neymarlı "Barselona" doğma azarkeşləri önündə Hollandiya təmsilçisi "Ayaks"ı qəbul edəcək. H qrupunun açıq-aşkar favoriti olan Kataloniya klubu ÇL-dəki ilk sınağına qalibiyyətlə başlamaq istəyir.

"Bakı" klubunu rəsmi tərəfdaşı olan İspaniya təmsilçisi "Atletiko" doğma arenada "Zenit"i qəbul edəcək. "Land of fire Azerbaijan" formalı madridlilər rus ilk oyunda meydandan 3 xalla ayrılmaq niyyətindədir.

Günün digər qarşılaşmalarında isə "Çelsi" öz meydanında "Bazel"i "Şalke" "Styaua"nı, "Marsel" "Arsenal"ı, "Austriya" "Porto"nu, "Napoli" "Borussiya"nı, "Milan" "Seltik"i qəbul edəcək.


Çempionlar Liqası
Qrup mərhələsi
I tur

18 sentyabr

E qrupu
23:45. "Şalke" (Almaniya) - "Styaua" (Rumıniya)
23:45. "Çelsi" (İngiltərə) - "Bazel" (İsveçrə)

F qrupu
23:45. "Napoli" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)
23:45. "Marsel" (Fransa) - "Arsenal" (İngiltərə)

G qrupu
23:45. "Atletiko" (İspaniya) - "Zenit" (Rusiya)
23:45. "Austriya" (Avstriya) - "Porto" (Portuqaliya)

H qrupu
23:45. "Milan" (İtaliya) - "Seltik" (Şotlandiya)
23:45. "Barselona" (İspaniya) - "Ayaks" (Hollandiya)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31