Müdafiəçi söz verdi: "Messini diri-diri yeyəcəm"
18 Sentyabr 2013 14:17 İdmanMilli.Az sportnews-a istinadən xəbər verir ki, "Ayaks"ın müdafiəçisi Stefano Densfil maraqlı açıqlama verib:
"Elə bilirsiz ki, Messiyə qarşı oynamaq müdafiəçi üçün kabusdur? Əslində bu çox çətindir. Amma "Ayaks"ın müdafiəçisi olaraq istənilən hücumçunu diri-diri yeməyə hazıram. Messi də istisna deyil. "Barsa" ilə görüş bizim üçün yaxşı sınaq olacaq. Belə oyunlar hər bir futbolçuya böyük təcrübə qazandırır. Uşaqlıqda "Barselona"da oynamağı arzulaya bilərsən. Amma onlara qarşı oynamaq çox qiymətlidir".
Qeyd edək ki, Çempionlar Liqasında bu gecə "Barselona" "Kamp Nou" meydanında "Ayaks" ilə qarşılaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31