“Barselona”-nın 9 yaşlı Zikosu

İspaniyanın "Barselona" klubu İsveçin "BK Olimpik" klubunda oynayan 9 yaşlı futbolşu Ziko Marekaldeni heyətinə qatıb. İsveç mətbuatının yaydığı xəbərə görə, dünya futboluna bir çox ulduz futbolçular bəxş edən "Barselona" klubu İsveçin alt liqssında mübarizə aparan "BK OLimpik" klubun 9 yaşlı futbolçusu və onun ailəsi ilə razılaşıb. Atasının dəstəyi ilə futbola başlayan Ziko bu gün Barselonaya yola düşəcək. "Barselona"dan gələn məşqçilərin etimadını qazanan Ziko ailəsindən ayrılacağı üçün əvvəlcə transfer təklifini rədd etsə də sonradan atasının hər həftə onu yanına gələcəyini biləndə təklifi qəbul edib.

Razılaşmaya əsasən 9 yaşlı futbolçu karyerasına "Barselona"nın "Fundacion Marcet" akademiyasında davam edəcək. 9 yaşlı Ziko əgər özü istəyərsə başqa klubla da razılaşma əldə edə bilər, ancaq futbola "Barselona"da başlayacaq("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31