“Terim indi də gedib bir az “Fənərbaxça”nı çalışdırsın”

"Qalatasaray"ın dünən gecə Çempionlar Liqasının qrup mərhələsinin açılış oyununda Madrid "Real"ına biabırçı hesabla (1:6) uduzması gərginliyə səbəb olub. Apasport.az saytının məlumatına görə, "TT Arena"da baş tutan matçdan sonra İstanbul təmsilçisinin baş katibi Adnan Nas Fatih Terimə ismarış göndərib.

Türkiyə mətbuatında yer alan xəbərlərdə Nasın köməkçisi vasitəsi ilə "Qalatasaray"ın baş məşqçisinə sərt mesaj yolladığı bildirilir: "Terim indi de gedib bir az "Fənərbaxça"nı çalışdırsın. Sən gedib milli komandanı çalışdırarsansa, futbolçuları özün məşqə çıxartmazsansa, olacağı budur. Komanda niyə bu vəziyyətdədir? Engin oynayır, sərvət qazanan Bruma ehtiyatda qalır. Təəssüf...".

"Qalatasaray"ın sabiq vitse-prezidenti Əli Dürüst də matçdan sonra sərt açıqlamalar verib. O, qara bir gün yaşadıqlarını dilə gətirib: "Demək, son günlər yaşananlar hər kəsə təsir edib. Bu günü unudub, sabaha baxmaq lazımdır. Fatih Terim və milli komanda ilə bağlı müzakirələr "Qalatasaray"a zərər verdi. Gündəmi dəyişməliyik. Necə? Bunu işin başındakılar bilməlidirlər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31