Portuqaliya yığması “Bayıl Arena”da oynayacaq

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi 2 oyunun başlanma vaxtı və stadionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələrinin oktyabrın 10-da Norveçlə səfər görüşü Drammen şəhərindəki "Marienlist" stadionunda baş tuatacq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Oktyabrın 15-də Bakıda Portuqaliya ilə keçiriləcək oyunu isə "Bayıl Arena" qəbul edəcək. Bu matç isə saat 16:00-da start götürəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31