“Xəzər Lənkəran” hazırlıqlarını Bakıda davam etdirəcək

Topaz Premyer Liqasının VII turunda AZAL klubu ilə səfərdə qarşılaşacaq "Xəzər Lənkəran" bu gün Bakıya yollanacaq. Apasport.az saytının məlumatına görə, "ağ-yaşıllar" səhər saat 10:00-da stadionun ehtiyat meydançasında çıxacağı məşqdən sonra saat 13:30-da doğma şəhəri tərk edəcək.
Paytaxta çataraq "Modern" otelində məskunlaşacaq "Xəzər Lənkəran" günün qalan hissəsində istirahətə çəkiləcək.
Cənublular ardıcıl iki gün hazırlıqlarını Bakıda davam etdirəcək. Belə ki, sentyabrın 19-da və 20-də "Bayıl Arena" stadionunda iki gün məşq edəcək komandamız sentyabrın 21-də "AZAL Arena" stadionunda oyun öncəsi son məşqini keçirəcək.

Xatırladaq ki, "Xəzər Lənkəran" sentyabrın 22-də "AZAL Arena" stadionunda AZAL klubu ilə qarşılaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31