Platini Bakıya gəlir

UEFA-nın prezidenti Mişel Platini sentyabrın 21-də ölkəmizə səfərə gələcək. Apasport.az saytının məlumatına görə, səfər çərçivəsində Avropa futbol qurumunun rəhbəri AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimində və bir sıra görüşlərdə iştirak edəcək. AFFA-nın növbəti layihəsi olan bu təlim-məşq bazasının tikintisi UEFA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Qeyd edək ki, Xorvatiyanın Dubrovnik şəhərində sentyabrın 20-də keçiriləcək UEFA-nın İcraiyyə Komitəsinin iclasında Avro-2020-nin oyunlarını qəbul edəcək namizəd şəhərlərin siyahısı təsdiqlənəcək. AFFA tərəfindən bu məqsədlə namizədliyi irəli sürülən Bakının da sifarişinə Xorvatiyada baxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31