"Cəhənnəm" belə rəzalət görmədi: Ronaldu "Aslan"ı çökdürdü, "Şeytanlar" və parislilərdən 4 qol VIDEO

Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında yeni mövsümə start verilir. Apasport.az saytının məlumatına görə, təsnifat mərhələləri başa çatdıqdan sonra qitənin 32 ən güclü klubu yarışın əsas hissəsində mübarizəyə başlayır.

8 qrupda mübarizə aparan komandaların iştirakı ilə baş tutacaq I turun 16 oyunu 2 gün ərzində baş tutacaq. A, B, C və D qrupları bu gün meydana çıxdı, digər qruplar isə ertəsi gün oynayacaqlar.

Azərbaycan təmsilçisinin olmadığı yarışda ölkəmizin futbol azarkeşlərinin diqqəti Türkiyə təmsilçisi "Qalatasaray"a yönəlmişdi. Qitə nəhənglərinin mübarizəsində futbolsevərlərimiz qonşu ölkə təmsilçisinə azarkeşlik edirdilər.

İstanbullular ilk görüşü öz meydanında keçirdilər. Onlar yarışın ən titullu klubu "Real"ı qəbul etdilər. "Cim-Bom" dünyanın ən bahalı futbolçuları Qaret Beyl və Kriştianu Ronaldunun komandası ilə görüşdə qalib gəlməyə çalışdı, amma heyhat...

Çempionlar Liqası
Qrup mərhələsi
I tur
17 sentyabr

A qrupu

"Mançester Yunayted" (İngiltərə) - "Bayer" (Almaniya) - 4:2
QOL: Runi, 22, 70 Van Persi, 59, Valensiya, 79 - Rolfes, 54, Ömər Toprak, 88

"Real Sosyedad" (İspaniya) - "Şaxtyor" (Ukrayna) - 0:2
QOL: Aleks, 65, 87

B qrupu

"Kopenhagen" (Danimarka) - "Yuventus" (İtaliya) - 1:1
QOL: Yorgensen, 14 - F. Quaqliarella, 54

"Qalatasaray" (Türkiyə) - "Real" (İspaniya) - 1:6
QOL: Umut Bulut, 84 - İsko, 33, Benzema, 54, 88, Ronaldo, 63, 66, 90

C qrupu

"Olimpiakos" (Yunanıstan) - PSJ (Fransa) - 1:4
QOL: Veiss, 25 - Kavani, 19, Motta, 68, 73, Marquinyos, 86

"Benfika" (Portuqaliya) - "Anderlext" (Belçika) - 2:0
QOL: Curiçiç, 4, Luisao, 30

D qrupu

"Bavariya" (Almaniya) - MOİK (Rusiya) - 3:0
QOL: Alba, 4, Mandzukiç, 41, Robben, 68

"Viktoriya" (Çexiya)- "Mançester Siti" (İngiltərə) - 0:3
QOL: Dzeko, 48, Y. Ture, 53, Aqüero, 58

18 sentyabr

E qrupu

23:45. "Şalke" (Almaniya) - "Styaua" (Rumıniya)
23:45. "Çelsi" (İngiltərə) - "Bazel" (İsveçrə)

F qrupu

23:45. "Napoli" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)
23:45. "Marsel" (Fransa) - "Arsenal" (İngiltərə)

G qrupu

23:45. "Atletiko" (İspaniya) - "Zenit" (Rusiya)
23:45. "Austriya" (Avstriya) - "Porto" (Portuqaliya)

H qrupu

23:45. "Milan" (İtaliya) - "Seltik" (Şotlandiya)
23:45. "Barselona" (İspaniya) - "Ayaks" (Hollandiya)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31