Droqba "Real"ı hədələdi!
17 Sentyabr 2013 20:53 İdmanBu axşam UEFA Çempionlar Liqasının qrup oyunları çərçivəsində İstanbulda Madrid "Real"ı ilə qarşılaşacaq "Qalatasaray" klubunda yüksək əhval ruhiyyə hökm sürür. Siasport.az saytı xəbər verir ki, İstanbul komandasının ulduz futbolçusu Didye Droqba, bu axşamkı qarşılaşma ilə bağlı maraqlı açıqlama ilə çıxış edib. Təcrübəli futbolçu, keçən mövsüm Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında Madrid "Real"ını məğlub etdiklərini xatırladaraq, bu axşam eyni uğuru təkrarlamağa çalışacaqlarını diqqətə çatdırıb: "Madrid klubu olduqca güclü komandadır. Biz dünyanın ən nəhəng klublarından biri ilə üz-üzə gələcəyik. Amma onların bizdən güclü olduqlarını sadəcə kağız üzərində və statikstikalarda görmək olar. Biz, hər şeyin meydanda həll olunduğunu bu axşam hər kəsə göstərəcəyik."-deyə D.Droqba fikirini tamamlayıb.