Erik Abidal: "Alveş qara ciyərini mənə təklif etdi"

"Barselona"nın keçmiş fransız futbolçusu Erik Abidal, şəxsi həyatı və koryerası barədə maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, qara ciyər xəstəliyindən əziyyət çəkən fransız futbolçu, "Barselona"dakı komanda yoldaşları barədə danışıb. "Yevrosport"a açıqlama verən ulduz futbolçu, keçmiş komanda yoldaşı Daniel Alveşin müalicə olunduğu müddətdə daima ona mənəvi dəstək olduğunu deyərək, bunu heç zaman yadından çıxarmayacağını elan edib: "Həmin günlərdə Daniel mənə təkcə komanda yolşadı kimi deyil, həm də əsl insan kimi dayaq durdu. O, həttda mənə öz qara ciyərini belə təklif etdi. Bu, olduqca həssas və sözlə ifadə edilməsi mümkün olmayan hadisədir." Fransız futbolşu eyni zamanda gələcək koryerası barədə də danışıb. O bildirib ki, gələcəkdə "Barselona"nın uşaq futbol məktəbinin rəhbəri olmağı düşünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31