Derbi öncəsi “Beşiktaş”da ciddi itki

Türkiyənin "Beşiktaş" klubu Superliqanın V turu çərçivəsində "Qalatasaray"la oyun öncəsi ciddi itki ilə üzləşib. Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, "ağ-qaralar"ın futbolçusu Oğuzhan Özyakub zədələnib.
Belə ki, "Bursaspor"la oyunda qasığ nahiyəsindən zədələnərək 57-ci dəqiqədə meydanı tərk edən 20 yaşlı yarımmüdafiəçi ən azı 4 həftə komandasına kömək edə bilməyəcək. Oğuzhan "Qalatasaray" derbisi də daxil olmaqla "Antalyaspor", "Əskişəhərspor" və "Rizespor" qarşılaşmalarını buraxmalı olacaq.

Qeyd edə ki, Hollandiyada dünyaya gələn türkiyəli futbolçu 2012-ci ildə İngiltərənin "Arsenal" klubundan "Beşiktaş"a transfer olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31