“Qalatasaray” dekabrın 10-da Bakıya gələcək

Qadın voleybolçular arasında Çempionlar Liqasının E qrupunda "Azəryol"la (Azərbaycan) "Qalatasaray"ın (Türkiyə) oyunlarının vaxtı və başlama saatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışı qalib kimi başa vurmaq arzusunda olan sabiq "Azərreyl" növbəti cəhdinə Bakıda başlayacaq.

Ancelo Vercesinin yetirmələri I turda "Yamamay"ı qəbul edib, son oyun günündə onların qonağı olacaq. Komandamız azərbaycanlı azarkeşlərin rəğbətini qazanan "Qalatasaray"la Bakıda isə dekabrın 10-da üz-üzə gələcək.

Qrupumuzda yer alan İtaliya təmsilçiləri - "Konegliano" və "Yamamay" hələ ev oyunlarının vaxtını dəqiqləşdirməyib.


E qrupu
I tur
22 oktyabr
18:00. "Azəryol" - "Yamamay"
"Konegliano" - "Qalatasaray" - vaxtı müəyyənləşməyib

II tur
30 oktyabr
22:30. "Qalatasaray" - "Azəryol"
"Yamamay" - "Konegliano" - vaxtı müəyyənləşməyib

III tur
27 noyabr
20:30. "Qalatasaray" - "Yamamay"
"Konegliano" - "Azəryol" - vaxtı müəyyənləşməyib

IV tur
3 dekabr
18:00. "Azəryol" - "Konegliano"
"Yamamay" - "Qalatasaray" - vaxtı müəyyənləşməyib

V tur
10 dekabr
18:00. "Azəryol" - "Qalatasaray"
"Konegliano" - "Yamamay" - vaxtı müəyyənləşməyib

VI tur
17 dekabr
22:30. "Qalatasaray" - "Konegliano"
"Yamamay" - "Azəryol" - vaxtı müəyyənləşməyib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31