“Azərbaycanla oyunda qırmızı vərəqə almasaydım...”

"Azərbaycanla oyunda qırmızı vərəqə aldım. Nə etmək olar?". Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Slovakiya milli komandasının kapitanı Ladislav Mikita deyib.
Sabah Slovakiyanın paytaxtı Bratislavada futzal üzrə Avropa çempionatına çıxmaq uğrunda pley-off oyunu keçiriləcək. Slovakların rəqibi Xorvatiya yığması olacaq. Cavab qarşılaşması isə 6 gün sonra hazırda AFFA-nın baş katibi Elxan Məmmədovun işgüzar səfərdə olduğu Dubrovnik şəhərində keçiriləcək.

Millimizin Belçikanın Antverpen şəhərində keçiriləcək AÇ-2014-ün seçmə mərhələsində rəqiblərindən olmuş Slovakiya millisinin kapitanı baş məşqçi Yan Yaniklə birgə mətbuat konfransı keçirib. Martın 30-da yığmamızla qrupun sonuncu qarşılaşmasında oynayan və görüşün 32-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan Mikita ilk oyunu buraxacağından danışıb: "Bu, reallıqdır və bunu qəbul etmək lazımdır. İlk oyunda meydanda olmayacağam. Ancaq artıq cavab oyununda forma geyinməmdə əngəl yoxdur. Hesab edirəm ki, biz xorvatlarla görüşdə Avropa çempionatına çıxmaq xoşbəxtçiliyinə nail olacağıq".

Qeyd edək ki, Bratislavanın "Hant Arena" kompleksində keçirilmiş Slovakiya - Azərbaycan oyunu millimizin əzmkar qələbəsi (2:1) başa çatmışdı. Komandamız 39-cu dəqiqədə 2 qol vuraraq Avropa çempionatına vəsiqəni rəsmiləşdirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31