Biabırçılıq: Türk klubunun 9 futbolçusu həbs olunur
16 Sentyabr 2013 13:06 İdmanAvstraliyanın Viktoriya Premyer Liqasında mübarizə aparan türk klubu "Southern Stars" (Gənclikgücü) haqda şok iddia ortaya çıxıb. Fanat.az xəbər verir ki, adı oyun alqı-satqısında hallanan klubun məşqçisi və 9 futbolçusu beynəlxalq bukmeker kontorları ilə danışıqlar apardığı üçün həbs edilib.
Bu barədə polis rəisi Qraham Aşton açıqlama verib: "Razılaşdırılmış oyunlarda verilən pulun məbləği 2 milyon dollara yaxındır. Futbolçulara isə minlərlə dollar ödənib. Bu Avstraliya tarixində ən böyük biabırçılıqdır. İstintaq daha da ciddi şəkildə aparılacaq".
Klub prezidenti Ərcan Çiçək isə hadisə ilə əlaqələrinin olmadığını bildirib: "Hadisəylə heç bir əlaqəmiz yoxdur. İstintaqda klubumuzdan heç kimin adı hallanmır. Biz də şokdayıq. Bu barədə heç nə bilmirik. Tariximiz uğurlarla doludur. Komandamızın haqlarını qoruyacağıq. Bizdən kənarda baş verən hadisələrdə məşqçi və futbolçularımızın adının hallanması bizi çox narahat edir".